perviz babayev

Azərbaycan Ordusunun ehtiyatda olan zabiti dünyasını dəyişib.

Globalinfo.az “Unikal”a istinadən bildirir ki, 1974-cü il təvəllüdlü baş leytenant Pərviz Babayev ötən gün ürək tutmasından vəfat edib.

Mərhum 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Ailəli idi, 3 övladı var.

Vətən müharibəsi iştirakçısı olan zabit vəfat etdi - FOTO

Paylaş: