Şair Əlisəmid Kür Salyan rayon qəbiristanlığında dəfn edilib.
Globalinfo.az xəbər verir ki, onunla rayonun Hacı Tağı məscidində vida mərasimi keçirilib.
Dəfndə şairin yaxınları, rayon icitimaiyyəti iştirak edib.
***09:24
Şair Əlisəmid Kür (Cəfərli) vəfat edib.
Globalinfo.az bildirir ki, bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər.
Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.














