Ukrayna yeni ordu formalaşdırmaq məqsədilə 16–18 yaşlı vətəndaşların hərbi təlim keçməsi üçün proqram hazırlayıb.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat bölməsinin komandiri Denis Yaroslavski deyib.
“Biz yeni ordu yaratmalıyıq. 16–18 yaşlı gəncləri indidən işə götürməli və beş ildən sonra yüksək səviyyəli əsgərlər kimi hazırlamalıyıq”, – Yaroslavski bildirib.
Onun sözlərinə görə, artıq xüsusi təlim proqramı hazırlanıb və ali komandanlığa təqdim edilib.
Xatırladaq ki, Ukraynada ümumi səfərbərlik 2022-ci ilin fevralında Rusiya ilə hərbi əməliyyatların başlamasından sonra elan olunub. 2024-cü ildə səfərbərlik yaşı 27-dən 25-ə endirilib.
Tahir Turan
Globalinfo.az