“Böyük Britaniyanın islahatları” partiyasının sədri Naycel Farac və onun üzvləri Rusiya Prezidenti Vladimir Putini müdafiə edirlər”.
Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.
“Mən onlara görə, xüsusən də Ukraynaya qarşı xarici siyasət baxımından narahatam. Naycelin bəzi bəyanatlarına baxıram və titrəyirəm”, – o bildirib.
Bundan əvvəl Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson bəyan etmişdi ki, Ukrayna münaqişəsi ərazi ilə bağlı deyil, ölkənin taleyi və kimliyi ilə bağlıdır. O hesab edirdi ki, atəşkəs hətta bu münaqişənin dondurulması demək olsa belə, mövcud vəziyyətdən çıxış yolu ola bilər.
Əliyar Xəlil
Globalinfo.az