Qatarda halı pisləşərək həyatını itirən sərnişinlə bağlı rəsmi açıqlama verilib.
Globalinfo.az-ın xəbərinə görə, Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 11-i, saat 8:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun “28 May” stansiyası ərazisindən bir şəxsin huşsuz vəziyyətdə olması səbəbi ilə çağırış daxil olub.
“Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 72 yaşlı (kişi cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb”, – deyə məlumatda qeyd olunur.
***09:48
Bakıda metroda ölüm hadisəsi baş verib.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında metronun “28 May” stansiyasında qeydə alınıb.
“Bakı Metropoliteni” QSC-dən daxil olan məlumatda isə bildirilib ki, qatarda halı pisləşmiş sərnişin “28 May” stansiyasında düşürüldükdən qısa müddət sonra vəfat edib:
“Məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb və qatardan düşürülən kimi sərnişinə ilkin yardım göstərilib. 70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib”.














