Pezeşkian Xamenei ilə də danışdı: İranda tarixi qərar gözlənilir

Pezeşkian Xamenei ilə də danışdı: İranda tarixi qərar gözlənilir

İran Prezidenti Məsud Pezeşkian İslam Respublikasının paytaxtının Tehrandan Fars körfəzi sahillərinə köçürülməsini təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“Bu gün başqa seçimimiz yoxdur, bunu etməliyik. Tehranda həyat dözülməz hala gəlir”, – Pezeşkian deyib.

Bildirilib ki, prezidentin paytaxtın köçürülməsində israrlı olmasının səbəbi havanın çirklənməsi və su qıtlığının artması, həmçinin torpaq və nəqliyyatla bağlı problemlərdir.

Qeyd olunub ki, Pezeşkian artıq bu məsələni İranın ali dini lideri Əli Xamenei ilə müzakirə edib.

Əliyar Xəlil
Globalinfo.az