Trampın gözlədiyi gün çatdı: istədiyini almasa, görün nə edəcək

Trampın gözlədiyi gün çatdı: istədiyini almasa, görün nə edəcək

ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatı almasa, Norveçə tarifləri artıra bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

“Tramp düşünə bilər ki, sülh mükafatının verilməsində Norveç hökuməti məsuliyyət daşıyır. Ona görə ölkəni hər cür cəzalandıra bilər. ABŞ prezidenti Nobel Sülh Mükafatını almazsa, Norveç iqtisadi və diplomatik nəticələrlə üzləşəcək”, – deyə bildirilib.

Norveç Nobel Komitəsi isə Trampın təzyiqinin “boşuna” olduğunu açıq şəkildə bildirib.

Qeyd edək ki, oktyabrın 10-da Nobel Komitəsi Trampın çoxdan arzuladığı Sülh Mükafatının qalibini elan edəcək.

Əliyar Xəlil
Globalinfo.az