sumud yeni 1

Dünən Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan Azərbaycan vətəndaşlarının Türkiyəyə geri qayıtması nəzərdə tutulur.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunb ki, saxlanılan şəxslər arasında olan 2 nəfər Azərbaycan vətəndaşı – Pərvin Əzimov və Orxan Səmədzadə gəmi ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar.

“İsraildəki səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur”, – məlumatda deyilir.

Saxlanılan azərbaycanlıların fotolarını təqdim edirik:

photo 2025 10 09 22 36 05

Paylaş: