Kadırov qızı ilə bağlı qərar verdi

Kadırov qızı ilə bağlı qərar verdi

Çeçenistan rəhbəri Ramzan Kadırov qızı Xədicə Kadırovanın yeni mükafat aldığını açıqlayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə o, öz teleqram kanalında məlumat verib.

Kadırov bildirib ki, Xədicə Kadırovanın nailiyyətləri ən yüksək hökumət səviyyəsində tanınıb və o, sosial əhəmiyyətli tədbirlərin hazırlanmasında fəal iştiraka görə təltif olunub.

Xatırladaq ki, bundan əvvəl Ramzan Kadırovun oğlu Adam Kadırov öz adını daşıyan “Düstüm” idman kompleksini açıb. Yayılan kadrlarda Adam Kadırovun əməkdaşların müşayiəti ilə kompleksin açılış lentini kəsdiyi, yeni zallar və müasir idman avadanlıqları ilə tanış olduğu görünür.

Tahir Turan
Globalinfo.az