Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirildi – VİDEO

Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirildi – VİDEO

III MDB Oyunlarının rəsmi bağlanış mərasimi keçirilib.

Globalinfo.az xəbər verir ki, mərasim Gəncə şəhər stadionunda təşkil olunub.

Tədbirdə dövlət rəsmiləri, MDB ölkələrinin nümayəndə heyətləri, idmançılar, məşqçilər və tamaşaçılar iştirak ediblər.

Mərasim MDB ölkələrinin bayrağının endirilərək yarışın İcraiyyə Komitəsinin nümayəndələrinə verilməsi ilə başlayıb. Bayrağı Oyunlarda qızıl medallar qazanmış Azərbaycan idmançıları – Nihad Rəhimov (sambo), Maqsud Mahsudov (batut gimnastikası), Turqut Həsənov (karate), Tərlan Qurbanəliyev (çövkən), Oqtay Hüseynov (üzgüçü), Əli Nəzərov (güləş), Humay Dadaşova (taekvondo), Gülər Hüseynova (boks) və Könül Eyvazlı (cüdo) təhvil veriblər.

Daha sonra çıxış edən III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov yarışların yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir atəşfəşanlıqla başa çatıb.

*** 20:33

Gəncə şəhər stadionunda III MDB Oyunlarının bağlanış mərasimi keçirilir.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, Baş nazirin müavini, III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov oyunları bağlı elan edib.

Qalib idmançılar tərəfindən III MDB Oyunlarının bayrağı endirilib.

Bayraq növbəti yarışlara ev sahibliyi edəcək ölkəyə təhvil verilməsi üçün MDB İcraiyyə Komitəsinə təqdim olunacaq.

Daha sonra Azərbaycanın Dövlət himni səsləndirilib.

Bağlanış mərasimi konsert proqramı ilə davam edir.