Gəncədə yeniyetməni qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, 2007-ci il təvəllüdlü Gəncə şəhər sakini R. Cəfərov polisə gedərək təslim olub.
Xatırladaq ki, hadisə şəhərin Mahrasa bağı yaşayış massivində baş verib. İki yeniyetmə arasında mübahisə düşüb və nəticədə 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.