Yadigar Muradovun son durumu açıqlandı

Yadigar Muradovun son durumu açıqlandı

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun səhhətində dəyişiklik yoxdur.

Globalinfo.az bildirir ki, bu haqda Teleqraf-a Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.

“Xəstənin vəziyyəti ağır olaraq qalır. Reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, Yadigar Muradov qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkir.