ABŞ 2023-cü il oktyabrın 7-dən bu günə qədər İsrailə ümumilikdə 21,7 milyard dollar hərbi yardım göstərib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Vaşinqtonda yerləşən “Quincy Institute”analitik mərkəzinin hesabatında yer alıb.
Məlumata əsasən, Baydenin prezidentliyi dövründə 2023-cü il oktyabrın 7-dən sonra İsrailə 17,9 milyard dollar, 2024-cü ildən sonra isə əlavə 3,8 milyard dollar yardım ayrılıb. Yardımın bir hissəsi artıq İsrailə çatdırılıb, qalan hissənin isə növbəti illərdə verilməsi planlaşdırılır.
Hesabatda vurğulanır ki, ABŞ-ın bu dəstəyi olmadan İsrailin Qəzza zolağında hərbi əməliyyatları və soyqırım xarakterli hücumları davam etdirməsi mümkün olmazdı.
Tahir Turan
Globalinfo.az