UFC-nin iki çəki dərəcəsində sabiq çempionu Konor Makqreqor antidopinq qaydalarını pozduğu üçün 18 ay müddətinə diskvalifikasiya olunub.
Globalinfo.az xəbər verir ki, Makqreqor 2024-cü il ərzində üç dəfə dopinq testindən yayınaraq nümunə təqdim etməyib.
Bu hərəkət idmançının öz yerləşdiyi yer barədə düzgün məlumat verməməsi kimi qiymətləndirilib və qayda pozuntusu sayılıb.
Aysel Əliyeva
Globalinfo.az