bazarrrr

Bakının məşhur “Port Baku” Bazarında 500 qram qaragilə meyvəsi 64.40 manata təklif olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.

Paylaşım ictimaiyyətin kəskin reaksiyasına səbəb olub. İstifadəçilər qiymətin əsassız dərəcədə yüksək olduğunu bildiriblər.

Sözügedən paylaşımda belə qeyd edilib:

“Ürəyim qaragilə meyvəsi istədi. Qiyməti görəndə şok oldum”.

Qiymətin məhsulun mənşəyi, keyfiyyəti və ya idxal xərcləri ilə bağlı olub-olmadığı haqda dəqiq məlumat yoxdur.

f3a546f5 7e60 4983 9356 8b10c376b3ef

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: