din mdb 1

III MDB Oyunları zamanı idmançıların və nümayəndə heyətlərinin rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri tədbirlər görülüb.

Globalinfo.az xəbər verir ki, yarışların keçirildiyi şəhərlərdə nəqliyyatın hərəkəti tənzimlənib, iri tutumlu avtobusların və digər nəqliyyat vasitələrinin maneəsiz hərəkəti üçün şərait yaradılıb.

Oyunların keçirildiyi məkanlarla yanaşı, istirahət obyektləri, restoranlar, otellər və qonaqların sıx toplaşdığı digər yerlərdə də təhlükəsizlik tədbirləri gücləndirilib.

Avtobus parkları və xidmət nəqliyyatı DİN əməkdaşlarının 24 saatlıq mühafizəsi altında olub.

Xidmətin səmərəli təşkili məqsədilə hər gün keçirilən təlimatlarda şəxsi heyətin vəzifə öhdəliklərinə dair tapşırıqlar verilib.

Bütün müraciətlərə operativ reaksiya verilib, idmançıların, qonaqların, azarkeşlərin və nümayəndə heyətlərinin təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılıb.

7c08a6e5 71fe 49ed 88c0 c9d95f4c8c44
b2acb912 1bd8 4a3e a7b5 78ab983e3d0e
90a7bc3d 4884 4536 a302 dc1e74c26c58
48da00f8 a707 4743 9127 1c981aa599e0
db7bf782 f4f0 444b a863 2ca5c93b0c12
bc40fae9 704b 4645 956c bad1e6fc1d31

Paylaş: