Nazir olimpiya çempionumuzu işdən çıxardı – Yerinə başqa qalib gəldi

Nazir olimpiya çempionumuzu işdən çıxardı - Yerinə başqa qalib gəldi

Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi polis polkovniki Zemfira Meftahətdinova təqaüdə göndərilib.

Globalinfo.az metbuat.az-a istinadən xəbər verir ki, Meftahətdinovanın yerinə təyinat olub.

Belə ki, polis polkovnik-leytenantı Mövlud Mirəliyev Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi təyin edilib.

Qeyd edək ki, Mövlud Mirəliyev 2020-ci ildə DİN-in İdman Cəmiyyətinin baş inspektor vəzifəsinə təyin olunub. O, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

Zemfira Meftahətdinova isə Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısıdır. 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarının qızıl medalına sahib olan Zemfira Meftahətdinova dörd il sonra, 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarının isə bürünc medalına sahib olub.

Bakupost.az

Mövlud Mirəliyev