trump tramp

ABŞ Prezidenti Donald Tramp səhhəti ilə bağlı sualı cavablandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Newsmax” a müsahibəsində danışıb.

“Mən özümü 30 il əvvəldən belə yaxşı hiss edirəm”, – deyə o qeyd edib.

Qeyd edək ki, avqustun sonunda sosial şəbəkələrdə Ağ Ev rəhbərinin ölümü ilə bağlı şayiələr yayılıb. Onun tərəfdarları Trampın bir neçə gündür ictimaiyyət qarşısında çıxış etmədiyini və planının olmadığını iddia ediblər. Prezidentin əlindəki izlər isə bu fikirləri gücləndirib.Lakin Tramp sentyabrın 1-də ilk dəfə səhhəti ilə bağlı danışıb və özünü yaxşı hiss etdiyini deyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: