1683019643 08594b1b 6a92 31bd 8870 e9b2b5886165 850

Rusiya Xarici İşlər Nazirliyinin Üçüncü Avropa Departamentinin direktoru Oleq Tyapkin Almaniyanın Rusiya ilə münasibətləri niyə tamamilə pozduğunu izah etməkdən yayınmasını tənqid edib.

Globalinfo.az xəbər verir ki, diplomat bu barədə Birinci Kanala açıqlamasında bildirib.

O qeyd edib ki, Almaniya hökuməti və elitası sələflərinin illərlə qurduğu münasibətləri həvəslə dağıdır.

“Bu, çox acınacaqlı vəziyyətdir. Almaniya hökuməti bizim sələflərimizin nəsillərinin qurduğu hər şeyi məhv edir. İqtisadi və humanitar əlaqələr tamamilə dondurulub”, – Tyapkin vurğulayıb.

Onun sözlərinə görə, alman siyasətçilər 1945-ci ildən sonra böyük çətinliklə əldə olunmuş tarixi barışığı belə unudublar.

Diplomat əlavə edib ki, adi alman vətəndaşları isə rəsmi Berlindən fərqli olaraq, Rusiyaya qarşı daha anlayışlı mövqe sərgiləyirlər.

Tahir Turan
Globalinfo.az

Paylaş: