Sebastien Lecornu 1044x697 1

Fransanın Baş naziri Sebastian Lekornu istefasının səbəbini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

O, ölkənin qütbləşmiş siyasi partiyaları arasında kompromis tapılmadığını bildirib.

“Baş nazir olmaq xüsusilə indiki məqamda çətin işdir. İrəli cığır açmağa çalışdım, lakin “partizan iştahı” kompromis tapmağı faktiki olaraq qeyri-mümkün etdi. Hər bir siyasi partiya özünü elə aparır ki, sanki parlamentdə öz çoxluğuna malikdir”, – deyə Lekornu qeyd edib.

Xatırladaq ki, oktyabrın 6-da Lekornu təyinatından bir ay keçməmiş baş naziri vəzifəsindən istefa verib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: