gokhan

Türkiyə millisinin, “Beşiktaş” və “Galatasaray”ın sabiq futbolçusu Gökhan Zan Hatayda baş verən zəlzələyə görə instaqram hesabında canlı yayım açıb.

Globalinfo.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, əslən Hataydan olan veteran futbolçu bölgədə vəziyyətin çox pis olduğunu bildirib.

“Allahım, kömək elə, Hatay bitdi. Su yox, internet yox, kimsə yoxdur. Yalvarıram, səsimizi eşidin” – deyə Gökhan Zan göz yaşları içində çağırış edib.

Paylaş: