1753109130 cfcec162 556c 33a1 9469 a44cadf25942 850 1

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Globalinfo.az xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.

A.Xudiyev 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə – Litva görüşünün hakim-inspektoru olacaq.

H qrupunun oyunu oktyabrın 10-da Türkiyənin Sakarya şəhərində yerləşən “Sakarya Atatürk” stadionunda baş tutacaq.

Paylaş: