O08IPaUNeWK6Eaa3hYMoQ2cMonHLKfkbh4jMLKhj 1200

Milyarder İbrahim Süleymanova qarşı iki qətl və bir sui-qəsd cəhdində təqsirləndirilir. 

Globalinfo.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Süleymanov ona qarşı irəli sürülən ittihamları rədd edir.

Vəkilin bildirdiyinə görə, müdafiə tərəfi həbslə bağlı qərardan şikayət edəcək

*** 19:43

Rusiyada müstəntiqlər 2004-cü ildə törədilmiş qətlə dair cinayət işinin təhqiqatı çərçivəsində milyarder İbrahim Süleymanova qarşı ittiham irəli sürüblər.

Globalinfo.az TASS-a istinadla xəbər verir ki, məhkəmənin qərarı ilə qətimkan tədbiri qapalı rejimdə seçiləcək.

Daha əvvəl verilən məlumata görə, Moskva şəhərinin Basman Rayon Məhkəməsinə istintaq tərəfindən Süleymanovun həbsinə dair vəsatət daxil olub. Məhkəmə iclasının yaxın zamanda keçirilməsi planlaşdırılır.

Paylaş: