Bu gün saat 15:20 radələrində Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1 nəfər (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Globalinfo.az-ın xəbərinə görə, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki,1992-ci il təvəllüdlü şəxsə sol topuğun səthi travması diaqnozu təyin olunub. Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1986-cı il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, serebral komatoz vəziyyət diaqnozu təyin olunub. Həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 14:00 radələrində pasiyentin ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə təhvil verilib.
***14:59
Biləsuvar rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Arazbari kəndindən keçən hissəsində qeydə alınıb.
“VAZ-2107” və “Mersedes” markalı minik avtomobillərinin toquşması nəticəsində ölən və yaralalanların olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.