WhatsApp Image 2025 10 02 at 23.36.56

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin bitəcəyinə dair yeni bəyanatla çıxış edib.

Globalinfo.az xəbər veirr ki, o, bu barədə “One America News” telekanalına müsahibəsində danışıb.

Tramp bildirib ki, ABŞ administrasiyası Rusiya ilə məsələni həll etmək üçün bütün imkanlardan istifadə edəcək.

Eyni zamanda etiraf edib ki, Ukrayna münaqişəsinin həlli onun düşündüyündən daha mürəkkəb olub.

Qeyd edək ki, əvvəlki açıqlamalarında Tramp müharibəyə tez bir zamanda son qoymağın mümkünlüyünü vurğulamışdı. O, hətta nəzəri olaraq bu prosesi bir həftə ərzində yekunlaşdırmağın mümkün ola biləcəyini söyləmişdi.

Tahir Turan
Globalinfo.az

Paylaş: