Pentaqon İrana zərbə zamanı istifadə olunan ağır bunker tipli 14 mərminin istehsalı və əvəzlənməsi üçün “Boeing” şirkətinə 123 milyon dollaradək vəsait ayırmağı planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” Pentaqondan məlumat əldə edib.
Bildirilir ki, hər bir belə mərminin çəkisi 13,5 tondan çox, uzunluğu isə təxminən 6 metrdir. Bu, dünyada ən böyük dəqiqliklə idarə olunan silahlardan hesab edilir.
Bu tip bombalardan İranın nüvə obyektlərinə zərbə məqsədilə istifadə edilir və ilk dəfə 12 günlük münaqişə zamanı tətbiq olunub.
Nəşrin məlumatına görə, bu, ABŞ-ın yaxın zamanlarda İrana endirəcəyi zərbələrin anonsu ola bilər.
Tahir Turan
Globalinfo.az