68dd46b90907768dd46b90907917593320255b6a9a4c14615f6ded71cfc01ff37f8b

Gəncədə ər arvadını bıçaqlayıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 1987-ci il təvəllüdlü İ. Məmmədova başının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, qadına əri kəsici alətlə xəsarət yetirib. Hadisəyə qadının ərindən boşanmaq istəməsinin səbəb olduğu deyilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Paylaş: