Əfqanıstanda 48 saat sonra mobil operatorların və internetin işi qismən bərpa olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Məlumata görə, oktyabrın 1-də mobil rabitə və internetin fəaliyyəti ölkənin müxtəlif bölgələrində, o cümlədən Kabil, Qəndəhar, Qəzni və Herat vilayətlərində bərpa edilib.
“Taliban” hökuməti isə hələ ki, telekommunikasiyaların genişmiqyaslı kəsilməsinin səbəblərini şərh etməyib.
Xatırladaq ki, bir neçə gün əvvəl Taliban hakimiyyəti əxlaqı qorumaq üçün Əfqanıstanda internetə məhdudiyyətlər tətbiq edib.














