68dd3b31c69e468dd3b31c69e5175932907368dd3b31c69e268dd3b31c69e3

Mərakeşdə baş verən etiraz aksiyalarında təhlükəsizlik qüvvələrindən 263 nəfər, mülki şəxslərdən isə 23 nəfər xəsarət alıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Mərakeşin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Etirazçılar təhlükəsizlik qüvvələrinə qarşı bıçaq, daş və “Molotov kokteyl”lərindən istifadə ediblər.

Toqquşmalar zamanı 409 etirazçı polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Mərakeşdə bir neçə gündür əsasən gənclərin iştirakı ilə keçirilən etiraz aksiyalarında korrupsiya ilə mübarizə aparılması, təhsil və səhiyyə sisteminin yaxşılaşdırılması tələb olunur.

Paylaş: