xacaturyanin qizlari

Ölümündən sonra öz qızlarına qarşı cinayətlərdə təqsirli bilinmiş Mixail Xaçaturyanın qohumlarının apellyasiya şikayəti Moskva Şəhər Məhkəməsinə daxil olub.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı vəkil Aleksey Papenov təsdiq edib.

O bildirib ki, Xaçaturyanın qohumları öz şikayətlərində mərhuma tam bəraət qazandırılmasını tələb ediblər.

Xatırladaq ki, Moskvanın Butırski Rayon Məhkəməsi Mixail Xaçaturyanı ölümündən sonra aprelin 21-də qızlarına qarşı zorakılıq işlətməkdə təqsirli hesab edib.

Xaçaturyanın üç qızı atalarını 2018-ci il iyulun 27-də Moskvada öz mənzillərində qətlə yetiriblər. Onların ifadələrinə görə, ataları onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Paylaş: