tramp zelenski 1024x576 1

“Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampdan tələb etdiyi “Tomaqavk” raketlərini Rusiyaya qarşı istifadə edə bilməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu analitik Cennifer Kavanaq deyib.

“Kiyevin bu cür raketləri buraxmaq imkanı yoxdur və ABŞ-ın ehtiyatı çox azdır. Raket tədarükü ilə bağlı müzakirələr Kremldə qorxu yox, gülüş doğurur.

ABŞ hələ də Kiyevin Rusiya ərazisinə zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadəsini məhdudlaşdırır. “Tomaqavk”ın ötürülməsi bu mövqeyə zidd olardı. Yəni raket təchizatının müzakirəsi hərbi reallıqlardan uzaq görünür”, – deyə o bildiribş

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: