menzil

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarında mənzillərin ms.sosial.gov.az portalı üzərindən onlayn satışı davam edir.

Globalinfo.az xəbər verir ki, mənzillər 3 və 4 otaqlı olmaqla tam təmirli və çıxarışlıdır.

Mənzilləri həm nağd, həm də ipoteka krediti ilə almaq olar.

Yerləşmə ərazisindən asılı olaraq mənzillərin 1 kvadratmetr üçün qiyməti 435-850 AZN aralığında dəyişir.

Mənzil almaq istəyən şəxslər qeyd edilən portala daxil olaraq mənzillərlə tanış ola, almaq istədiyi mənzili seçərək onu portaldakı “Bron et” düyməsini sıxmaqla bron edə bilər.

Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır.

1b215a91 0503 4d40 b5d0 f835436d22f3
8d85d727 f07c 43fb becc 85b63526b328
87ff2fa6 c869 4946 a05b c5e3f96c7696
d6f3c310 5cac 464b b10f 0750cd0433d9

Paylaş: