ZBKYF3MRYZL37GTSWW6UIMJCWM

ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki çıxışı zamanı maraqlı an yaşanıb.

Globalinfo.az xəbər verir ki, Tramp dərman qiymətlərinin azaldılması ilə bağlı yeni tədbirləri açıqlayarkən onun arxasında dayanan ABŞ-ın səhiyyə və sosial xidmətlər naziri Robert Kennedi yüksək səslə asqırıb.

“Sağlam ol, Bobbi”, – deyə gülümsəyərək nazirə baxan Tramp qısa fasilədən sonra əlavə edib: “Ümid edirəm, indi COVID-ə yoluxmadım”.
Daha sonra o, “Pfizer” şirkətinin direktoru Albert Burlaya zarafatla müraciət edib:

“Sizin axı “Pakslovid”iniz var, elə indi mənə verin”.

Trampın zarafatı zalda gülüş doğurub.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: