ABŞ prezidenti Donald Tramp Rusiyanı yenidən “kağız pələng”lə müqayisə edib.
Globalinfo.az xəbər verir ki, prezidentin Amerika qoşunlarına müraciəti “Fox News” tərəfindən yayımlanıb.
“Prezident Vladimir Putinin addımlarından çox məyus oldum. Düşündüm ki, o, bu işlərini bitirəcək. Mən ona dedim: Bilirsiz, siz heç də yaxşı görünmürsünüz. Bir həftəyə başa çatmalı olan münaqişənin dördüncü ilindəsiniz. Siz kağız pələngsiniz?”, – Ağ Ev rəhbəri vurğulayıb.
Qeyd edək ki, Tramp əvvəllər Rusiya ilə bağlı bəzi sərt bəyanatlarından geri çəkilmək qərarına gəldiyini açıqlayıb. O, bundan sonra “kağız pələng” ifadəsini işlətməyəcəyinə söz verib.
Əliyar Xəlil