Səhərdən axşama kimi 400 manata çalışırlar – Deputat

Səhərdən axşama kimi 400 manata çalışırlar - Deputat

“Səhiyyə sahəsində xeyli irəliləyişlərə nail olmuşuq və artıq vətəndaşlar pulsuz tibbi xidmətlərdən faydalana bilir. İldən-ilə də sığorta paketinə daxil olan xəstəliklərin sayı artır, bununla bərabər bəzi narahatlıq doğuran xəstəliklərin də paketə daha tez daxil edilməsi vacibdir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin payız sessiyasının ilk plenar iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, bu gün tibb müəssisələrində pasiyentlərə xidmət göstərən həkim kollektivindən başqa, texniki və qeyri-tibb işçiləri də var:

“Tibb sahəsində, xəstəxana və sağlamlıq müəssisələrində çalışan qeyri-tibb, texniki və təsərrüfat işçilərinin əməkhaqları çox aşağıdır. Xəstəxanalarda olan xidmət personalı ilə söhbət edirəm və görürəm ki, onlar səhərdən axşama kimi 400-500 manata çalışırlar. Bu şəxslərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün əməkhaqları əsaslı şəkildə artırılmalıdır.

Bu barədə həm Tibbi Sığorta Agentliyi, həm də TƏBİB ilə söhbətim olub. Sadəcə 50 manat artım üçün belə xeyli vəsait tələb edilir. Buna görə də büdcə vəsaitlərinin müzakirəsi və qəbulu zamanı bu məsələnin prioritet kimi nəzərdən keçirilməsini istərdim”.

Safura Bənnayeva
Globalinfo.az