LEYCL5LPD5KZ5JPZ7A6NFNDWUA

Madaqaskarda iğtişaşlar zamanı azı 22 nəfər ölüb, 100-dən çox adam yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk mənbəni açıqlamadan bildirib.

Onların arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən öldürülən etirazçılar və ətrafdakılar, habelə iğtişaşlar və qarətlər zamanı həlak olanlar var.

Xatırladaq ki, sentyabrın 25-də Madaqaskarda elektrik enerjisinin və suyun kəsilməsinə qarşı nümayişlər başlayıb və iğtişaşlara çevrilib.

Paylaş: