Əfqanıstanda internet tamamilə kəsildi

Əfqanıstanda internet tamamilə kəsildi

Taliban hakimiyyəti əxlaqı qorumaq üçün Əfqanıstanda internetə məhdudiyyətlər tətbiq edib, bağlantı kəsilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “NetBlocks” beynəlxalq internet monitorinq xidməti məlumat yayıb.

Nəşr qeyd edir ki, sentyabrın 29-da səhər saatlarında bir neçə şəbəkənin tədricən kəsilməsi müşahidə olunub. Məlumata görə, hazırda telefon rabitəsində də fasilələr qeydə alınıb.

Sentyabrın 18-də Əfqanıstanın 34 əyalətindən 11-də genişzolaqlı internet bağlanıb. Bu əmri Əfqanıstan lideri Hebatullah Axundzadə “əxlaqsızlığa qarşı mübarizə” çərçivəsində verib. Mənbələr bildiriblər ki, o, yalnız dövlət qurumları və diplomatik nümayəndəlikləri internetə çıxışla təmin etmək üçün yeni şirkətin yaradılmasına göstəriş verib.

Bunun ardınca Əfqanıstanın şimal və qərbində internet kəsilməsi səbəbindən Kabil hava limanında fasilələrin yaşandığı bildirilib.