Danimarka Silahlı Qüvvələri ölkə ərazisində naməlum PUA-ların müşahidə olunması ilə bağlı xəbərlərdən sonra təcili addımlar atıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin “TV2” telekanalının məlumatında qeyd olunub.
Bildirilir ki, bu məqsədlə ehtiyatdakı bir neçə yüz əsgər səfərbər olunub.
Qüeyd edək ki, hadisə Avropada artan təhlükəsizlik narahatlıqları fonunda baş verir. Daha əvvəl Almaniya və digər NATO ölkələri alyans sərhədləri yaxınlığında hərbi təyyarələr və PUA-larla bağlı insidentlərin çoxalması səbəbindən müdafiə tədbirlərini gücləndirməyi müzakirə etmişdilər.
Tahir Turan
Globalinfo.az