Avstraliya Yayım Korporasiyası (ABC) ABŞ Hərbi Kəşfiyyat Agentliyinin (DİA) Pentaqon üçün hazırladığı məxfi hesabatı əldə edib.
Globalinfo.az xəbər verir ki, sənəddə Çinin ticarət bərə donanmasını genişləndirdiyi qeyd olunub.
Bu proses Tayvana mümkün hərbi müdaxilə hazırlığı kimi qiymətləndirilib.
Hesabatda bildirilir ki, Çin gəmilərini tank daşımaq və amfibiya əməliyyatlarına uyğunlaşdırır. ABŞ isə mümkün münaqişə zamanı bu bərələri hərbi hədəf kimi nəzərdən keçirə bilər.
Qeyd edək ki, Çin ilk dəfə 2019-cu ildə “Bang Chui Dao” adlı 15 min tonluq bərəni amfibiya enişində hərbi məqsədlə istifadə edib. ABŞ analitikləri bunun Pekinin Tayvana mümkün əməliyyata hazırlığının bir hissəsi ola biləcəyini bildirirlər.
Tahir Turan
Globalinfo.az