Belarus təmsilçisi Usevalad Sarakavik Azərbaycanda keçirilən III MDB Oyunlarında qızıl medal qazanıb.
Globalinfo.az bildirir ki, o, 50 metr məsafəyə bras üsulu ilə üzmədə birinci olub.
Rusiyalı Kirill Veremchuk ikinci, özbəkistanlı Muhammadismail Rahmonov üçüncü yeri tutub.
***11:09
Azərbaycanda keçirilən III MDB Oyunlarında növbəti medalçılar müəyyənləşib.
Globalinfo.az bildirir ki, qadınların mübarizəsində 100 metr məsafəyə bras üsulu ilə üzmədə qalib bəlli olub.
Rusiyalı Maiia İakovleva qızıl, Belarusdan olan idmançılar Valeryia Shylko və Bazhena Pivash müvafiq olaraq gümüş və bürünc mükafat qazanıblar.
***10:15
Rusiyanın daha bir təmsilçisi Azərbaycanda keçirilən III MDB Oyunlarında qızıl medal qazanıb.
Globalinfo.az bildirir ki, Dmitri Kravtsov 100 metr məsafəyə arxasıüstə üzmə yarışında birinci olub.
Belarusdan olan Mikita Apanasik və Kiryl Bantseviç müvafiq olaraq 2 və 3-cü yerləri tutublar.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.
X X X
Azərbaycanda təşkil olunan III MDB Oyunlarında növbəti medalçılar bəlli olub.
Globalinfo.az bildirir ki, 400 metr məsafəyə sərbəst üzmə yarışında mükafatçılar müəyyənləşib.
Rusiyalı Valeria Brazniçenko birinci, onun həmyerlisi Anastasiya Çernşova ikinci, Belarusdan olan Kseniya Mastoviç üçüncü yeri tutub.
Azərbaycan təmsilçilərindən Anastassiya Qnussina beşinci, Məryəm Cavadova altıncı yerlə kifayətlənib.














