069ff23c 6377 4cb9 93de e53e90561acb

III MDB Oyunları çərçivəsinə Qəbələ atıcılıq mərkəzində stend atıcılığı üzrə yarış keçirilib.

Globalinfo.az xəbər verir ki, azərbaycanlı idmançılar Cavid Həsənov və Cəmilə Paşayeva bu yarışda üçüncü olub.

Rusiyalı İlya Kuşaqin və Yelizaveta Yevqrafovaqızıl, qazaxıstanlı Maksim Poşivalov və LidiyaBaşarova gümüş medal qazanıblar.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçirilir: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi.

Paylaş: