owl detail 620 8f117e262c15772f2611db0aede30d04

“ABŞ tankları Rusiya sərhədindən 100 kilometr aralıda görünüblər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hərbi Müşahidəçi” Telegram kanalı məlumat yayıb.

“Sözügedən tanklar “Western M1A1 Abrams” tanklarıdır. Onlar Estoniyada kameralara tuş gəliblər”, – deyə bildirilib.

Qeyd edək ki, bundan əvvəl NATO sözçüsü Alison Art Moskvanı Rusiya təyyarələri ilə Estoniya səmasına müdaxilə etməkdə ittiham etmişdi. Onun sözlərinə görə, Alyans hadisəyə dərhal reaksiya verib, lakin bunun necə olduğunu açıqlamayıb.

Daha sonra NATO Rusiya təyyarələrinin Estoniya hava məkanını pozmasını qəza kimi qiymətləndirib. Rusiya Müdafiə Nazirliyi dəqiqləşdirib ki, sentyabrın 19-da üç MiQ-31 qırıcısı həqiqətən Kareliyadan Kalininqrad vilayətindəki aerodroma planlı uçuş həyata keçirib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: