Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu baş məşqçisi Loran Blanı istefaya göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onun müqavilə müddəti cari mövsümün sonuna kimi nəzərdə tutulsa da, klub rəhbərliyi işinə vaxtından əvvəl xitam vermək qərarına gəlib.
Səbəb isə ölkə çempionatında “Ən-Nəsr” komandasının 0:2 hesablı məğlubiyyəti olub.
Qeyd edək ki, Fransa millisinin sabiq baş məşqçisi 2024-cü ilin iyulundan “Əl-İttihad”la işləyir. Onun rəhbərliyi altında komanda Səudiyyə Ərəbistanı çempionluğunu və Kral Kubokunu qazanıb.














