
Hindistanın Tamil Nadu ştatında keçirilən siyasi mitinqdə baş verən toqquşmalarda uşaqlar da daxil olmaqla 39 nəfər həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Aktyor və siyasətçi Cozef Viyacın təşkil etdiyi mitinqə minlərlə insan axışıb. Yaranan izdiham nəticəsində azı 39 nəfər ölüb. Buna görə də siyasi partiyasının rəhbərlərinə qarşı cinayət işi başladıb”, – deyə bildirilib.
Hadisə şənbə günü Hindistanın cənubundakı Tamil Nadu ştatında baş verib. Məlumata görə, ölənlər arasında uşaqlar da var və 50-dən çox insan yaralanıb.
Qeyd edək ki, Viyac 2026-cı ildə keçiriləcək ştat seçkiləri ərəfəsində “Tamilaga Vettri Kazhagam” partiyası ilə seçki kampaniyası aparırdı.
Safura Bənnayeva
Globalinfo.az














