roman abramovi

Rusiyalı iş adamı Roman Abramoviç Ukraynanın “Mirtvorets” saytının məlumat bazasına daxil edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Milyarderin 2022-ci ildən saytın məlumat bazasında olduğu aşkarlanıb. Abramoviçin siyahıya salınmasının səbəbləri arasında onun Rusiya ordusuna dəstəyi, Rusiya hökumətinin maraqları üçün lobbiçilik fəaliyyəti və silah tədarükü var”, -deyə bildirilib.

Qeyd edək ki, sözügedən saytın məlumat bazasına Rusiyanın tanınmış simaları — siyasətçilər, iş adamları, aktyorlar və idmançılar daxildir. Portal 2014-cü ilin avqust ayından fəaliyyət göstərir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: