Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri su basdı – Video

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri su basdı - Video

Güclü leysan Gürcüstanın Laqodexi bölgəsində bir sıra fəsadlar törədib.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Gürvüstan KİV məlumat yayıb.

Leysan Laqodexi Bələdiyyəsinin kəndlərində daşqına səbəb olub.

Təbii fəlakətdən daha çox Verxvismindori, Uzuntala və Gəncə kəndləri zərər çəkib.

Hadisə yerinə müvafiq xilasetmə xidmətləri və şəhər meriyasının əməkdaşları səfərbər edilib.

Qeyd edək ki, Gürcüstanın bu ərazilərində əsasən azərbaycanlılar yaşayır.