1675582488 1673120904 dacd1de06d9ce2503f85bfbdb8478a0a

Rusiya və Ermənistanı birləşdirən Gürcüstan-Rusiya sərhədinə gedən Yuxarı Lars yolu qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb. 

Globalinfo.az Manset.az-a istinadən xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.

Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qarın yağması, temperaturun aşağı düşməsi və uçqun təhlükəsi ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib.

Həmçinin qeyd olunub ki, hava şəraiti normallaşandan sonra yolda bütün nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq.

Paylaş: