bagca 1

2025/2026-cı tədris ilində məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə qrant müsabiqəsi elan olunub.

Bu barədə Globalinfo.az-a MÜTDA-dan məlumat verilib.

    Müsabiqə çərçivəsində məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulur.

    Qeyd edək ki, özəl məktəbəqədər təhsil müəssisələrində maksimum 5300 təhsilalanın maliyyələşdirilməsi mümkündür.

    Paylaş: