“Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununa 27 500 bilet satılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hazırda biletlərin satışı davam edir.
Standart biletlərin qiyməti:
5, 10, 30, 40, 50, 75 AZN
VIP sektorlar: 150, 200, 250 AZN
VVIP sektorlar: 500 AZN
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq. Stadionun qapıları azarkeşlər üçün oyunun start fitindən 120 dəqiqə əvvəl açılacaq.