NATO-nun “Saab 340B ISR” kəşfiyyat təyyarəsi ölkənin şimal-qərbində, demək olar ki, Rusiya sərhədinin yanından keçib.
Globalinfo.az xəbər verir ki, bu barədə hərbi jurnalist Yuri Kotenok teleqram” kanalında məlumat yayıb.
Monitorinq məlumatlarına görə, təyyarənin müşahidə etdiyi zona Sankt-Peterburq və Pskov yaxınlığındakı sərhəd ərazilərinə qədər uzanır. Təyyarənin İHA/SIGINT funksiyaları vasitəsilə kəşfiyyat fəaliyyəti apardığı qeyd olunur.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin bir neçə yüksək rütbəli zabitlərinin məsələdən xəbərdar olduğu bildirilir.
Tahir Turan
Globalinfo.az